HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Psixiatr, psixoloq yoxsa nevropatoloq ?
Psixiatr, psixoloq yoxsa nevropatoloq ?

Psixiatr kimdir?



Azərbaycan qanunvericiliyinə görə, psixiatrlar müvafiq 6 illik tibb təhsilindən sonra xüsusi imtahan verərək əlavə 2 illik rezidentura təhsili alaraq bu ixtisasa yiyələnə bilirlər. Tibbdə rezidentura sistemi tətbiq olunmamışdan əvvəl 1 illik internatura keçdikdən sonra ixtisas sahibi olmaq mümkün idi. Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s) dəyişikliklərlə bağlı olduğuna əsaslanaraq problemi dərmanlar təyin etməklə həll edirlər.

Psixoloq kimdir?



Psixoloqlar isə psixologiya ixtisası mövcud olan universitetlərdə 4 illik bakalavr baza təhsili almış mütəxəssislərdir. Psixoterapiya ilə məşğul olmaq üçün isə bakalavr təhsilindən sonra 2 illik magistr təhsili alaraq klinik psixoloq ixtisasına yiyələnmələri əsas şərtdir. Psixoloqlar problemlerin səbəbini insanın düşüncəsində olduğuna əsaslanaraq öz müalicələrini danışaraq (söhbət) həyata keçirirlər.Dərman yazmaq ixtiyarı yoxdur.

Psixoterapevt kimdir?



Psixoterapiya bir müalicə metodudur. Bu işi həyat keçirən, məşğul olan insanlara psixoterapevt deyilir. Bu işi xüsusi kurslar keçdikdən sonra həm psixiatrın özü, həm də psixoloq həyat keçirə bilər.

Nevropatoloq kimdir?



Xalq arasında nevropatoloq həkimin əsəbləri, “nevroz” qorxu həyəcan kimi əlamətləri müalicə etdiyi kimi başa düşülür. Lakin bu belə deyil. Nevrologiya sinir, beyin və əzələ sistemi ilə əlaqəli olan daha geniş sahəni, məsələn, baş ağrıları, sinir-əzələ ağrıları, qıcolmalar, beyin insultları, qan dövranı pozuntuları, unutqanlıq, hərəkət xəstəlikləri və s. pozuntuları özündə birləşdirir.

Hansı xəstəliklər zamanı kimə müraciət etmək lazımdır?



Əgər sizdə əsəbilik qorxu, həyəcan, kefsizlik, ağlama, kövrəlmə, iyrənmə, çox əl yumaq, qapını-qazı yoxlamaq, xəstəlik və ya ölüm qorxusu və digər pis fikirlərlə bərabər hallüsinasiya, şübhələr və sair kimi əlamətlər varsa psixiatr və ya psixoloqa müraciət edin.

Əgər sizdə və ya qohumlarınızda ciddi yaddaş pozuntusu, beyinə qan sızması, əzələdə gücsüzlük, əldə ayaqda keyimə uyuşma, yerişdə səndəlləmə, onurğa problemləri və sair kimi əlamətlər varsa nevropatoloqa (nevroloqa) müraciət edin.


  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»