HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Konversion pozuntu və ya isterik nevroz
Konversion pozuntu və ya isterik nevroz


Konversion pozuntu və ya isterik nevroz nədir?


Həkimlik fəaliyyətimin ilk illərində müayinə etdiyim bir az yaşlı pasiyentimi xatırlayıram.Məcburi köçkün kimi yerləşdikləri zirzəmi tipli yarıqaranlıq otaqda halsız, danışa və yeriyə bilmirdi.Sadəcə uzanıb bir nöqtəyə baxan və vaxtaşırı el arasında “sudurqa” deyilən halı yaşayan bu qızcığazın yaxınları qızın bədəninə cin girdiyini düşünərək bunun nə vaxt çıxacağını gözləyidilər.Zəruri qeyd kimi vurğulayım ki, qızımızın cəmi 17 yaşı var və bütün bu əlamətlər evləndikdən cəmi 3 ay sonra ortaya çıxmışdı.
Qohumların sözlərinə əsasən heç bir xəstəxanada əlac tapılmayıb və heç bir analizində problem yoxdur.Belə vəziyyətdə tibb və psixologiya fəaliyyəti ilə məşğul olan insanın ağılına gələcək diaqnozlardan biri “isterik nevroz” olacaqdır.O xəstəni sadəcə bir dəfə gördüm.Amma çox sonralar təyin etdiyimiz tək dərman peraparatı ilə sağaldığını , illər sonra isə eyni halı ikinci hamiləliyindən sonra yenidən yaşadığını eşitdim.
Əvəllər adı elmi ədəbiyyatlarda isterik nevroz olaraq keçən xəstəliyə hazırda dünyanın hər yerində konversion pozuntu deyilir, isterik nevroz termini artıq yoxdur. Bu xəstəliyin adının “isterik” olmasının maraqlı tarixçəsi var.
Belə ki daha çox gənc qadınlarda rast gəlinən pozuntunun əsas səbəbi kimi qadın cinsiyyət orqanı olan uşaqlığın (latin dilində uşaqlığ – hysterucus) bədəndə azması göstərilirdi.İsteriya sözcüyü məhz burdan- hysterucus sözündən qaynaqlanır.Tarixin bütün dövrlərində bu xəstəliyi metafizik hadisələrlə, dua, cadu, piti , cingirmə və s ilə izah ediblər.

Ən çox kimlərdə olur?


Konversion pozuntunu daha çox mədəni və intelektual inkişaf səviyyəsi aşağı olan cəmiyyətlərdə görülsə də bəzən yüksək təhsil səviyyəsi olan şəxlərdə , erkən nigaha girən qadınlarda, uşaqlıq dövründə ciddi psixoloji travma yaşayan insanlarda daha çox rast gəlinir.”İçinə cin girdiyi” iddia edilən insanlardakı problemlərin böyük əksəriyyəti məhz konversion xarakterli pozuntulardır.

Xəstəliyin əlamətləri hansıdır ?


Xəstəliyin nə olduğu və əlamətləri öz adında çox qəribə şəkildə öz əksini tapıb.”Konversia” latın köklü bir sözdür mənası dəyişmək, çevirmək deməkdir.Bu mənada konversion pozuntu beyindəki psixoloji gərginliyin çevrilərək bədəndə özünü göstərməsidir.Yəni pasiyentimizin izah edə bilmədiyi bəzi sıxıntıları var və bu daxili gərginlik özünü keçici korluq şəkilində, mutizm adlandırdıqımız susqunluq şəkilində və ya afoniya adlandırdıqımız pıçıltılı danışıq formasında, uşaq kimi danışma , bəzən xəstənin ayaqları tutulması şəkilində özünü büruzə verir.
Bu xəstəliyin həm xəstəni həmdə onun yaxınlarını ən çox narahat edən tərəfi bayılmalardır ki, xəstəmiz anidən özündən gedir, əzələləri gərilməyə başlayır, heç bir suala cavab verə bilmir və çox vaxt oyandıqı zaman da qışqırır, ətrafında olan adamlara əl atır, öz saçını yolur və sair kimi ətrafdakıları qorxudacaq hərəkətlər edirlər.

Epilepsiyadan necə fərqləndirməli?


Bir çox hallarda epilepsiya xəstəliyinə (sudurqa, dil qatlanması) bənzəsə də bu tutmalar bir çox xüsusiyyətləri ilə epilepsiyadan fərqlənir.Əsas fərqləndirici cəhət epilepsiya xəstəliyində tutmalar 3- 5 dəqiqə davam edir, konversion tutmalarda isə 15 dəqiqədən 2 saata qədər davam edə bilər Konverison xəstələr ətrafda olub bitənlərin fərqində olsa da epileptik xəstələr tutma sonra heçnəyi xatırlamır.Pasiyentlər konversion tutmalar zamanı ətrafdakı insanların səslərini eşitdiyini, ona kimin yardım etdiyini bildiyini desə də amma cavab verə bilmədiyini söyləyirlər.Bayılmalar bir çox hallarda insanların çox oldugu, evdə hərkəsin olduğu saatlarda baş verir.Tək olanda olma ehtimalı çox aşağıdır.Əksər vəziyyətlərdə pasiyentlər yıxılacağıı yeri əvvəlcədən seçə bilirlər və bu səbəbdən də adətən yıxılma zamanı yaralanmalar baş vermir.Bir çox hallarda xəstəmizin yaxinları bu əlamətləri sanki şəxsin özünün bilə bilə etdiyini iddia etsələr də bu qətiyyən belə deyil.

Bu problemdən əziyyət çəkən pasiyentlərdə qəribə bir laqeydlik olur.Sanki yaşanılan bu problem onlara aid deyil, bir mənada hallarından məmnun kimi görünürlər.Məhz bu səbəbdəndir ki, bəzi kitablarda konversion pozuntu haqqında yazarkən belə bir ifadə işlədilir ki onların ətrafa verdiyi mesaj budur ki “Mən narahatam, mən xəstəyəm mənimlə maraqlanmaq lazımdır, mənə diqqət edin”.

Əksər hallarda orqanizmdə bütün bu əlamətlər səbəb olacaq heç bir problem aşkarlanmır yəni onların cihaz müayinələri, labarator müayinələri hər zaman qaydasında olur.Demək olar ki, bütün pasiyentlərimizdə əsas səbəb kimi məhz psixoloji faktorlar göstərilir.Psixoloji faktorlara yuxarida qeyd etdiyimiz kimi uşaqlıq dövrü travmalar, atanın ananın yanaşma səhvləri, ailədaxili münaqişələr, qayınata qaynana problemi, erkən nigahlar və sair aiddir.

Xəsətəyə necə kömək etmək lazımdır?


Bu tip bayılma tutmaları zamanı xəstəyə görüləcək ilk yardım qətiyyən onun ağzını açmağa, qaşıqla dişlərini aralamaqa cəhd etməyin.Bunun heç bir köməyi yoxdur.Xəstəni rahat buraxmağa calışın çünki təcrübə göstərir ki, tutma zamanı xəstənin ətrafında nə qədər çox insan olarsa tutmanı müddəti bir o qədər çox olur.
Xəstəliyin müalicəsində mövcud simptomları aradan götürmək üçün dərman istifadə olunsa bu insanlara dərmandan daha çox psixoterapiya dediyimiz yəni peşakarlar tərəfindən aparılan psixoloji söhbətlər daha çox təsir edir.Bütün hallarda həmin bu problemi yaranmasına zəmin hazırlayan mühit dəyişməli və altda yatan səbəb aradan qaldırılmalıdır.


  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»