HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Təyyarə qorxusuna necə qalib gəlmək olar?
Təyyarə qorxusuna necə qalib gəlmək olar?


Cəmiyyətin təxminən hər 10 nəfərindən birində rast gəlinən uçuş həyəcanının elmi adı “aviofobiyadır”. Bəzi yerlərdə bu problemin adına təyyarə qoruxusu da deyirlər.Bu bir xəstəlikdir və insanın həyat fəaliyyətinə, uğurlarına təsir etməyə başlayırsa peşakar birindən müalicə alınması mütləqdir.

Fobiya nədir?


Qorxu olduqca normal və insan psixologiyasına yad olmayan bir hissdir.Bir insan özünü təhlükədə hiss etdiyini düşünürsə yaşadığı hiss qorxudur.Qorxu hissinə biz o halda fobiya deyirik ki, şəxs qorxulan şeyin əslində qorxulu olmadığını bilir, bunun məntiqsiz olduğunu düşünür lakin bütün bunlara baxmayaraq hələ də ifrat dərəcədə qorxmağa davam edir və bu qorxu hissi həmin insanın həyatını məhdudlaşdırmağa başlayır.
Fobiyası olan insan məhz həmin fobiyası olduğu obyektdən qaçır həyatının başqa məqamlarında kifayət qədər cəsurdur. Yəni bir insanın fobiyasının olması onun qorxaq olması mənasına gəlməməlidir.
Uçmaq insan fitrətinə yad bir şey olduğu üçün insan psixologiyası uçuşu təhlükəli məqam olaraq qəbul edir. Əksər hallarda təkrarlanan davamlı uçuşlardan sonra bu hiss əhəmiyyətli dərəcədə azalır və ya tamamilə itib gedir.

Uçuş qorxusu hansı şəxslərdə olur?


Uçuş qorxusunun ən çox müşahidə edildiyi insanlar paralel olaraq panik pozuntu və ya aqrofobiya xəstəliyindən əziyyət çəkən insanlardır.Belə ki, bu şəxslər uçuş zamanı bir panik atak keçirmə ehtimalına və onlara tibbi yardımın gec çatma ehtimalına görə təyyarə səfərlərindən birmənalı şəkildə ya imtina edirlər və ya hədsiz diskomfort yaşayırlar.

Uçuş qorxusunun əlamətləri nələrdir?


Bütün fobiyalar kimi bu fobiya zamanı da qorxulan obyektlə qarşılaşan zaman ürək döyüntülərinin sayının artması, nəfəs darlığı, mədə - bağırsaq nahiyəsində narahatçılıq, baş gicəllənməsi tərləmə, ağızda quruluq, ölüm qoruxusu , pis nəsə baş verəcəyi düşüncəsi hakim kəsilir.Bəzi adamlarda bu hisslər hətta təyyarə biletinin alındığı vaxtdan başlayır və uçuş tarixinə qədər gedərək artmağa davam edir.

Təyyarə qorxusu yaşayan insana necə kömək etməli ?


İlk növbədə siz təyyarədən nədən qorxduğunuzu özünüz üçün ayırd edib bunun risklərini yəni reallaşma ehtimalını müzakirə etməlisiniz.Daha sonra təyyarə və uçuş haqqında sizin qorxularınıza təsir edəcək səviyyədə bəzi texniki biliklərə yiyələnməlisiniz. Məsələn “hava boşluğu, trübulans nədir, təyyarənin motoru dayana bilərmi, yanacaq qurtara bilərmi və sair”.Texniki biliklərdən başqa bəzi statistik məlumatlar da sizin qorxunuza qalib gəlməyinizə xeyli köməklik edəcəkdir.Bu statistik bilgilərdən birincisi isə təyyarənin dünyadakı ən etibar nəqliyyat növü olmasını və qəza etmə sayının olduqca az olduğudur.
Bu standart bilgilərdən sonra isə bəzi texnikları da bilməniz önəmlidir.Bunlara aşağıda qeyd etdiklərimiz daxildir
- Düzgün tənəffüs texnikası : burunla nəfəsi alıb biraz saxladıqdan sonra ağızla “fit” çalırmış kimi nəfəsi asta - asta vermək lazımdır. Bunu bir müddət etdikdə bədəninizdə müəyyən sakitlik hissi yaranacaq və bu texnika sizə gələcəkdə həyəcanlı vəziyyətlərdə həyəcanınızı dəf etməyə kömək edəcəkdir.
- Düçüncədə canlandırma texnikası: Siz “təyyarədə olduğunuzu” təssəvür edib həyəcan səviyyənizi idarə etməyə çalışın.Əgər düşüncədə canlandırma zamanı sizdə həyəcan səviyyəsi düşübsə artıq siz realda qorxuduğunuz obyektlə qarşılaşa bilərsiniz.
- Realda qarşılaşma texnikası : Mümkünsə əgər hava limanı ərazisində təyyarələrin enib qalxmasını müşahidə edin, mütəmadi təşkil olunan təyyarə tanışlıqlarından istifadə edin
Əgər yuxarıda qeyd etdiyimiz texnikalar sizin təyyarə qorxunuza qalib gəlməyə kömək etmədisə peşakar yardım almağa çalışın.Müəyyən periodlarda aparılan psixoterapiya seansları əmin olun ki, təyyarə səfərlərindən sizə yenidən zövq almanıza kömək edəcəkdir.Bəzi hallarda həkim müayinəsi sonrası sizə məhz uçuş zamanı qorxunuzu götürə biləcək dərman peraparatları da təyin oluna bilər.


  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»