HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
"Mədə nevrozu" varmı və ya İrritabl bağırsaq sindromu nədir?
"Mədə nevrozu" varmı və ya İrritabl bağırsaq sindromu nədir?


İrritabl bağırsaq sindromu (İBS) və ya digər yayılmış adı ilə Qıcıqlanmış bağırsaq sindromu bağırsağın ümumi funksiyalarında dəyişikliyin olması və defakasiya aktı (nəcis ifrazı) sonrası rahatlayan ağrının müşayəti ilə keçən funksional bir bağırsaq xəstəliyidir.

Ən çox kimlərdə olur?


Əlimizdə olan son tədqiqat nəticələrinə görə qadınlarda kişilərə nisbətən 2-3 dəfə daha çox rast gəlimir.Poliklinikalara ümumi müraciətlərin 10 % - ni, qastroentroloqlara müraciətlərin təxminən 40 % ni əhatə edən bu xəstəlik gənc insanlarda daha çox rast gəlinir.

Yaranma səbəbi nədir?


Müxtəlif faktorların bu xəstəliyin yaratma ehtimalı olduğunu vurğulasaq da konkret bilinən bir səbəbi yoxdur.Genetik meyillik, qida maddələrinə qarşı fərdi həssaslıq, bakterial ifrat çoxalma, sinir –psixoloji gərginliyin uzun müddət davam etməsi bu səbəblərdən bəziləridir.

Qıcıqlanmış bağırsaq sindromunun əlamətləri nələrdir?


- Qəbizlik
- Diareya ( ishal, qarın açılması)
- Qarın nahiyəsində “gəzən” ağrı və bu ağrılar əksər hallarda nəcis ifrazından sonra xeyli azalır
- Ürəkbulanması
- Qarında şişkinlik və köp
- Nəcisin formasında dəyişiklik (ayrı –ayrı sərt hissələr, sosiska forması, qətran bənzəri nəcis, zeytun çəkirdəyi bənzəri nəcis )
- Nəcislə bərabər seliyin çox olması
- Nəcis ifrazının gün ərzində 3-4 dəfə olması
Xəstəliyin əlamətləri xəstənin qəbul etdiyi qida maddəsindən, həmin qidanı nə vaxt yeməsindən, qadınlarda menustrasiya dövrünə görə eləcə də xəstənin psixoloji vəziyyətinə görə çox dəyişir.Məhz bu səbəbdən İBS xəstələrində şikayətlərinin hansı vəziyyətlərdə artıb – azaldığını yaxşı müşahidə etmək lazımdır.

Pasiyentin psixoloji vəziyyətinin bu xəstəliklə əlaqəsi varmı?


Bu xəstəlikdən əziyyət çəkən insanların 60-70 % də paralel olaraq depressiya və ya digər nevrotik pozuntulardan (nevroz) biri rast gəlinir. Stress faktorunun artması özlüyündə mədə - bağırsaq əlamətlərinin daha da qabarmasına gətirib çıxarır.
Xəstənin ailə vəziyyətinin , maddi və sosial şəraitinin aşağı olması onda mövcud simptomların daha uzun müddət davam etməsinə rəvac verir.

İBS – nun müalicəsi necə aparılır?


Bu xəstəliyin müalicəsində həkim – xəstə arasında terapevtik əlaqələrin yaxşı qurulması, qarşılıqlı inam, həkimin nəzakətli və diqqətli yanaşması çox ciddi rol oynayır.Xəstəlik pasiyentə günahkarlıq duyğusu yükləmədən ətraflı izah olunmalı, müalicə prosesində digər ixtisas həkimlərinin xüsusən psixiatr və psixoloqun rolunun faydalı ola biləcəyi əlavə stiqma yaratmadan vurğulanmalıdır.
Qıcıqlanmış bağırsaq simptomu xəstəliyinin müalicəsində pasiyentin psixososial vəziyyətinin stabil olmasını, paralel olaraq depressiya, nevrotik halların aradan qaldırılması məqsədi ilə qastroentroloqun təyin etdiyi dərmanlarla birlikdə antidepressant dərmanlardan istifadə müalicəinin effektivliyi kifayət qədər yüksəldir.


  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»