HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Psixiatriya və "cin" çıxarma
Psixiatriya və "cin" çıxarma



Həytanızın elə bir dönəmi olubmu ki, sizə dua cadu edildiyini, göz dəydiyini düşünəsiniz? Əgər belə bir şey olduğunu düşünübsünüzsə siz tək deyilsiniz.Azərbaycan əhalisinin təxminən 18 % caduya, 15% cinlərə, 47% isə bəd nəzərə inanan insanlardan ibarətdir.
Rəqəmlər dünyanın ən nüfuzlu və güvənilir araşdırma şirkətlərindən olan American Pew - ün uzun illər üzərində işlədikdən sonra yayımladıqı İslam araşdırmasındandır. Araşdırma 1 milyard 600 milyon müsəlmanın yaşadıqı 39 ölkədə 38 min nəfər insanla üzbəüz görüşülərək həyat keçirilmişdir.Anket nəticələrinə görə müsəlmanların 85-100 % Allaha və Hz.Məhəmmədə (s.ə.s) inanır.Buna baxmayaraq Quran və hədislərdə tez - tez adı hallanan cin, cadu, bədnəzərə inanma faizi müxtəlif ölkələrdə ciddi mənada dəyişkənlik göstərir.

Cin nədir?


Cəmiyyət olaraq cin və ya caduya inanmaqımızın, məntiqlə izah olunmayan hər bir hadisədə falçı , cindar qəbuluna getməyimizin səbəbi nədir?
Yəqin çoxunuza dərədən keçərkən təsadüfən cin toyuna düşən və üzərində yaglı əl ləkəsi olan , eləcə də hər gün tərli çapılmış atın üzərində bir gün “hal” arvadının geri dönməsi nağılları danışılıb.Bəzi nağıl danışanlar hətta bunun nağıl yox həqiqətən də keçmişdə bir qohumumuzun başına gəldiyini israrla söyləyirdilər.Şüuraltı belə travmatik hadisələrə doldurulan uşaqın, birazca da aşağı təhsil alma ehtimalını da göz önünə gətirsək yəqin ki, “cin” rəqəmlərin yüksək olması səbəblərindən biri üzə çıxacaqdır.
Bu məqalədə cin və cinçıxaranlar haqqında həm elmi həm də dini tərəflərinə toxunmaqa çalışacam.

Cin sözünün kökü ərəbcə “cənnə” sözündəndir mənası örtmək, gizləmək anlamındadır. İslamdan öncəki dövrdə gözlə görünməyən, məntiqlə izah olunmayan hər şeyi cinlərlə izah edilir və ya cin deyirdilər.Bu mənada xəstəlik törədən bakteriyalar, insan orqanizmi üçün zərərli olan və gözlə görünməyən şüalar da cin adlandırılıb və xəstəliklərin məhz onlar tərəfindən törədildiyini inanılıb.Qurani- Kərimdə “Cin” surəsi olmasına baxmayaraq, Allah Bəqərə surəsi 102 ci ayəsində ( eləcə də Nahl 16/72, Rad 30/21) “Allahın izni olmadan kimsəyə zərər verməzlər” buyurur. Müqqəddəs kitabın falçı, cadugərlər haqqında belə buyurduqdan sonra onların xəstəlik yartadıqına, bədlik gətirdiyinə inanmaq nə dərəcədə doğru bir davranışdır?

Məsələnin bir də psixiatrik tərəfi vardır. Bir insan içində “cin” olduqunu , onları gördüyünü və səslərini eşitdiyini, cinlərin onu kənardan idarə etdiyini söyləyirsə bunların psixotik əlamətlər olduqunu hallüsinasiya və ya sayaqlama fikirləri olma ehtimalını unutmamalı və söyləyən şəxsin olduqca ciddi psixiarik xəstəlikdən əziyyət çəkdiyini bilməliyik. Həkimlik fəaliyyətim boyunca onlarla belə xəstə görməyimə baxmayaraq müşahidə etdiyim bir şey var ki, xəstə yaxınları dərmanlarla bərabər özlərinin inandıqı molla və ya ekstraseansa yazdırdıqı caduları və qəribə aksesuarları xəstənin üzərinə taxmaqa, “oxunmuş” suları xəstələrinə içirməkdən çəkinmirlər. Ən qəribəsi isə xəstə sağaldıqdan sonra dərmanlardan dah çox həmin “şəfalı suyun” burda rolu olduqunu düşünürlər.

Sonda isə sizə təqdim edəcəyim bu diaqnostik kriteriləri diqqələ oxuyun. Oxuduqda isə kimləri düşünəcəyinizi, kimləri gözünüzün önündə canlandıracaqınızı bilmək heç də çətin olmayacaq. Əksəriyyətimiz bu adamların yanında olub onların “xidmətlərindən” istifadə etmişdir.

DSM - IV-R diaqnostik kriterilərinə görə "Şizotipal şəxsiyyət pozuntusu". Görün efirlərdə, ətrafınızda bunlardan nə qədərdir.

1. Davranışlara təsir edən və mədəni dəyərlərə uyğun gəlməyən əcaib inanclar. Məsələn: batil inanc, "qeybdən xəbər vermə" yə “vergi verildiyinə” inanma, telepatiya ya da "altıncı hiss", cin çıxarma, xəstə sağaltmaq
2. Əcaib düşünmə forması , geyim və danışıq tərzi.Məsələn: uzun saç, çoxlu üzüklər, qəribə boyunbağılar və akssesuarlardan isttifadə
3. Ehtiyatlılıq ya da paranoid düşüncə
4. Uyğunsuz ya da məhdud əhvah -ruhiyyə


  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»