HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Somatizasiya pozuntusu
Somatizasiya pozuntusu


Somatizasiya pozuntusu nədir?


Fiziki və labarator müayinələr nəticəsində xəstənin şikayətlərinə səbəb olacaq heç bir dəyişikliyin aşkar olunmadığı lakin şəxsin həyatına ciddi mənada təsir edən əlamətlər toplusudur.Ağrı başda olmaqla halsızlıq, baş gicəllənməsi, boğulma, mədə bağırsaq kimi bir çox orqanlar sistemi ilə əlaqədar olan çox canlı və biraz da ifrata varılmış şəkildə simptomlar özünü göstərir.Xəstələr həkimə şikayətlərini və xəstəliyin başlanma ardıcılıığını əksər hallarda qarışıq bir şəkildə çatdırırlar.Bədəndəki şikayətlərinə görə çoxlu sayda həkimə müraciət etsələr də özlərində depressiya və həyəcan əlamətləri başlamayana qədər psixiatra müraciət etmirlər.Lazımsız tibbi və cərrahi müdaxilələr baxımından risk qrupundadırlar.
Əlamətlərə səbəb olacaq heç bir dəyişiklik tapılmadığı və verilən müalicələrlə əksər hallarda yaxşılaşma əldə olunmur deyə həkimlər və yaxınları pasiyentin bu xəstəliyi özündən “uydurduğu” düşünülür .”Hər şey özündən asılıdır, sənin heç nəyin yoxdur” tipində məsləhətlər verməyə başlayırlar.
Stessli və gərgin vəziyyətlərdə xəstəlik əlamətlərinin xeyli artması müşahidə olunur.

Hansı yaşda və hansı cinsdə daha çox olur?


Ümumi yayılması 0.1 - 0.5 aralığındadır.Qadınlarda kişilərdən 5-20 dəfə daha çox rast gəlinir.Psixiatr, ilkin ailə həkimləri və terapevtlərə müraciətlərin 5- 10 % somatizasiya pozuntusunun payına düşür.Gənc, ekonomik səviyyəsi aşağı olanlarda rast gəlinmə ehtimalı daha yüksəkdir.

Somatizasiya pozuntusunun əlamatləri nədir?


Bu diaqnozun qoyulması üçün xəstəlik əlamətlərinin əksər hallarda 30 yaşından əvvəl başlanması lazımdır.
4 müxtəlif xarakterli ağrı (daha çox baş ,kürək, çiyin, bel, qol, qarın nahiyəsində)
2 mədə- bağırsaq şikayəti (qəbizlik, qarın açılması, köp, gəyirmə, qida qayıtması və s)
1 cinsi simptom (cinsi həvəzslik, tez boşalma,orqazm ola bilməmək, aybaşı pozuntusu)
1 “yalançı” nevroloji əlamət (uyuşma, keyləşmə və s)
Qeyd etdiyimiz kimi əgər bir şəxsdə 4 ağrı, 2 mədə bağırsaq, 1 cinsi və 1 “yalançı” nevroloji əlamət varsa, bu əlamətlər 30 yaşından əvvəl başlayıbsa və ən önəmli məsələ bütün bu simptomlara səbəb olacaq heç bir dəyişiklik aşkarlanmırsa bu somatizasiya pozuntu ola bilər.

Hansı xəstəliklərdən ayırmaq lazımdır?


Anemiya, revmatoidli artrit, xroniki infeksiyalar,hipotireoid kimi xəstəliklər zamanı da əlamətlər somatizasiyası pozuntusuna bənzədiyi üçün ətraflı müayinələrlə bu və buna bənzər xəstəliklərin olmadığına əmin olmaq lazımdır.

Müalicəsi necə həyata keçirilir?


Bu xəstəlik zamanı antidepressant müalicənin effektivliyi o vaxt yüksək olur ki, şəxsdə paralel olaraq təşviş və depressiya əlamətləri olsun.
Müalicə prosesinin səmərəliliyi və faydasını artırmaq üçün aşağıda qeyd olunan tövsiyyələrə əməl etmək vacibdir.
- Xəstə mütləq onunla yaxşı güvən formalışdıra bilən bir həkim tərəfindən izlənməlidir
- Xəstə ilə görüş vaxtlarında diqqətli olmaq lazımdır.İlk vaxtlar həftədə 1 dəfə olan görüşləri sonradan ayda 1 dəfəyə keçirmək olar
- Xəstənin sonradan yaranan şikayətlərini qulaq ardına vurmayın.Bütün dediyi şikayətlər somatizasiya pozuntusu ilə əlaqədar olmaya bilər.
- Xəstəyə edilən bütün prosedurlar haqqında ətraflı məlumat vermək lazımdır.
- Əlavə müayinə və dərmanlardan uzaq durmaq lazımdır.




  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»