HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090

EKT (elektrokonvulsif terapiya)

EKT (elektrokonvulsif terapiya)

Elektrokonvulsif terapiya nədir?



Elektrokonvulsif terapiya başqa adı ilə elektroşok terapiyası adlanan bu müalicə metodunun iş prinsipi xüsusi cihaz vasitəsi ilə beyindən elektrik dalğalar keçirməklə insanda süni epileptik tutma yaratmağa əsaslanır.
İlk dəfə 1937 ci ildə İtaliyada tətbiq olunan bu müalicə metodu bir müddət sonra bəzi ölkələrdə işgəncə metodu hesab edilərək qadağan olundu.1980 ci illərdən sonra narkoz vasitəsi ilə həyata keçirilən elektroşok seansları qısa müddətdə bütün dünyada uğurla tətbiq edilməyə başlandı.

ECT necə tətbiq edilir?



Xüsusi ilk yardım imkanları ilə təchiz olunmuş otaqda psixiatr və anestezoloq həkimin nəzarəti ilə xəstəyə narkoz verildikdən sonra adətən gicgah nahiyəsinə yerləşdirilən 2 elektrot vasitəsi ilə qısa müddətli beyindən elektrik cərəyanı buraxılır.Bu zaman xəstədə süni eplileptik tutma yaranır, xəstənin dilini dişləməməsi üçün əvvəlcədən ağzına rezin və digər qoruyucu vasitə qoyulur.Tutma adətən 3-5 dəq davam edir.

ECT neçə seans lazımdır?



Həftədə 2-3 dəfə tətbiq olunan müalicə metodu ümumilikdə 6-10 seans tövsiyyə olunur.

ECT – nın beyinə və orqanizmə zərərləri varmı?



Aparılan araşdırmalarda elektroşok tətbiq edilən edilən xəstələrin beynində həm tutma sonrası həm də tutmadan aylar sonra hər hansı bir dəyişiklik aşkar edilməmişdir.ECT zamanı ölüm ehtimalı 100000 nəfərdən 1 də ola bilər ki, bu kifayət qədər aşağı ehtimaldır və güvənli olduğunu isbat edir.

Hansı xəstəliklərdə ECT tətbiq edilir?



ECT –nən ən çox tətbiq olunduğu xəstəlik ağır müalicəyə tabe olmayan depressiyadır.2 və ya 3 cü seansadan sonra 80% xəstələrdə ciddi yaxşılaşma qeyd olunur.Bipolyar pozuntunun maniya fazasında və bəzi şizofreniya formalarında (katatoniya) uğurla tətbiq edilir.

ECT seansları sonrası insanda hansı əlavə təsirlər ola bilər?



Bəzi xəstələrdə seans sonrası yüngül baş ağrısı, halsızlıq, uyuşma və yaddaş itkisi yaşana bilər.Bu az ehtimaldır.


Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»