HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090

TMS (transkranial maqnit stimulyasiyası)

Transkranial Maqnit stimulyasiyası nədir? (TMS)



Psixoloji və nevroloji problemlərin həlli üçün bütün dünyada uğurla tətbiq olunan son texnologiyalardan biridir.

TMS –nın təsir mexanizmi necədir?



Saça və ya baş dərisinə 2-3 sm məsafədən cihazın xüsusi hissəsi (bobin) həkim tərəfindən yaxınlaşıdrılır.Cihazın yaratdığı maqnit sahəsi vasitəsi ilə sinirlərin elektrik keçiriciliyinə təsir edilir və bu proses dolayısı ilə beyində dəyişmiş hormon səviyyəsini tənzimləyrək müalicəvi təsir edir.
Maqnit sahəsi aşağı və yuxarı tezliklərdə verilə bilər.Diaqnostik məqsədlə keçdiyimiz maqniq rezonans tomoqrafiyasında fərqi bu cihazda maqnit sahəsinin dəyişən tipdə olmasıdır.Bu zaman narkoz və ya digər ağrıkəsicilərdən istifadə olunmur.

TMS hansı xəstəliklərdə tətbiq edilir?



Müalicəyə tabe olmayan depressiya və obssesiv – kompulsiv pozuntu , şizofreniya kimi xəstəliklərin müalicəsində uğurla istifadə olunur.

Yan təsirləri varmı?



Bəzi şəxslərdə seans sonrası yaranan yüngül baş ağrısını çıxmaq şərti ilə bilinən başqa yan təsiri yoxdur


Copyright © 2020 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»