HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Bitki tərkibli dərmanlar "nevrozu" müalicə edirmi ?
Bitki tərkibli dərmanlar "nevrozu" müalicə edirmi ?

Bitki tərkibli dərmanlar “nevrozu” müalicə edirmi?



"Müasir dövrdə psixiatr və psixoloqlara müraciətlərin təxminən 60 % i nevrozlu xəstələrin payına düşməsini nəzərə alsaq deməli bu xəstəliklərin müalicə məsələləri də bizim üçün olduqca aktual olmalıdır.Amerika kimi dünyanın inkişaf etmiş bir dövlətində belə xəstələrin sayı təxminən 20 milyona yaxındır.

“Nevrozun” əlamətləri nədir?



Müalicə məsələləri haqqında geniş danışmazdan öncə bu xəstəliklərin özünü hansı formada göstərdiyini qısaca izah etmək istərdim. Köhnə adı ilə “nevroz” adlanan xəstəlik qrupu müasir təsnifatda nevrotik pozuntular adı ilə təsnif olunur. Özündə bir çox əlamətləri birləşdirən bu xəstəliklər qrupunun diaqnostika və müalicəsi məhz hansı əlamətinin pasientdə daha qabarıq ifadə olunmasından asılıdır. Əgər sizdə ürəkdöyünməsi, nəfəs darlığı, sinədə sıxılma, əhvalsızlıq, ağlama, kövrəlmə hissi varsa deməli xəstəliyin müəyyən əlamətləri var. Sual oluna bilər ki, bizdə əgər bu əlamətlər varsa biz mütləq həkimə gedib dərmanmı qəbul etməliyik? Əlbəttə ki yox. Əgər bu hallar sizdə 2 həftədən çox davam edərsə, əlamətlər artıq gündəlik həyatınıza, iş fəaliyyətinizə təsir etməyə başlayarsa müalicə almaq lazımdı".

“Nevrozun” müalicəsi necə həyata keçirilir?



Müalicə və müayinə ixtisaslı mütəxəssis tərəfindən təyin olunmalıdı: "Müalicə mütləq ixtisaslı mütəxəssis tərəfindən ətraflı müayinə aparılaraq təyin olunmalıdır. Müalicə edərkən mütləq qəbul olunmuş beynəlxalq müalicə protokolları əsas götürülməli və seçilən dərmanlar da məhz həmin protokolda tövsiyyə olunan peraparatlar olmalıdı. Nevrozların yaranmasının kökündə beyində "xöşbəxtlik hormonu" adlandırdığımız serotonin maddəsinin azalması dayanır. Bu maddənin azalması təkcə həyəcan, qorxu yaratmaqla yekunlaşmır. Eyni zamanda əhali arasında çox geniş yayılan depressiya xəstəliyinin də əsas yaranma səbəbidir. Məhz göstərilən səbəbə görə bu xəstəliklərin müalicəsində seroteninə təsir edən, onun beyindəki miqdarının artmasına şərait yaradan dərmanlardan istifadə olunmalıdır. Bu sahədə müvəffəqiyyətlə istifadə olunan yeganə dərman qrupu müasir antidepressantlardır. Bəzən biz həkim olaraq xəstələrin dostlarının və ya tanıdıqları əczaçı tanışlarının məsləhəti ilə nevrozun müalicəsi məqsədilə bitki tərkibli dərmanlara müaricət etdiyini müşahidə edirik. Qeyd etdiyim kimi bu dərmanlar serotonin sisteminə təsir etmədiyi üçün effektiv bir müalicə üsulu deyil və heç bir beynəlxalq müalicə protokolunda tövsiyyə olunmur. İnsanların bu tip dərmanlara üstünlük verməsinə səbəb isə bitki tərkibli dərmanların yüngül olması, asılılıq yaratmamasıdı. Son olaraq bir şeyi nəzərinizə çatdırım ki, düzgün seçilərək təyin olunmuş antidepressant peraparat yayılan şayiələrin əksi olaraq heç bir halda asılıq və öyrəşmə yaratmır və qısa müddətdə sizin əvvəlki sağlamlığınıza qayıtmaqda yardımçı olur"



Cavab ver
  • 23 апреля 2017 13:21
Salam. Mən müalicə üçün novarest içirəm, həkim bitgi tərkiblidi deyə yazıb. Mənədə nervoz diyaqnozu qoyulub sadaladığımız bütün əlamətlər var məndə. Sizcə təsiri olacaq bu müalicənin?


Cavab ver
  • 23 апреля 2017 16:47
Cavab: Lamiyı Quliyeva
Salam. Mən müalicə üçün novarest içirəm, həkim bitgi tərkiblidi deyə yazıb. Mənədə nervoz diyaqnozu qoyulub sadaladığımız bütün əlamətlər var məndə. Sizcə təsiri olacaq bu müalicənin?


Salam .Əgər 2-4 həftə ərzində 60% dən aşağı bir yaxşılaşma olarsa həkiminizlə görüşüb antidepressant müalicəsi başlanması barəsində müzakirə edin.Sağlam günlər arzu edirəm.


Cavab ver
  • 24 марта 2019 21:13
Salam .Mənə konversion nevroz dioqnozu qoyulub.Bir neçe dermanlar qebul edirəm.Müeyyen tesir gösterir.Mən bu nevrozuma aid sadece bir dərman istəyirəm.Sizcə mümkündürmü ?Xahiş edirəm meslehet verin.

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»