HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
“Ürək nevrozu” varmı və əlamətləri nədir?
Məqaləyə başlamazdan əvvəl onu qeyd edim ki, müasir tibbi təsnifatlara əsasən nevroz diaqnozu yoxdur. Uzun illər elmi ədəbiyyatlarda istifadə olunan nevroz sözü orqanizmdəki tibbi əsaslarla izah olunmayan ürəkdöyünmə, boğulma, bayılma, qorxu, həyəcan, əsəbilik və sair kimi əlamətlər üçün işlədilirdi. Hətta bəzi hallarda bu əlamətlərin orqanizmdə özünü göstərmə yerinə görə “ürək nevrozu, mədə nevrozu, bağırsaq nevrozu, beyin nevrozu” olaraq adlandırırdılar. Müasir dövrdə Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT) bütün bu sadaladığımız əlamətlər ayrı-ayrı xəstəliklər formasında təsnif edilərək müxtəlif diaqnozlara ayrıldı.

“Ürək nevrozu” varmı və əlamətləri nədir?


“Ürək nevrozu “ əslində nədir?


İllərdir ətrafdan və hətta bəzən həkim dostlardan da eşitdiyimiz bu ifadə müasir təsnifatda daha çox panik atak və ipoxondriya (sağlamlıq təşvişi) dediyimiz xəstəliyinin simptomları ilə üst–üstə düşür. Ümumi olaraq qeyd etmək lazımdır ki, daha çox ölüm qorxusunun hakim olduğu bu xəstəlik zamanı insanlar daimi olaraq ürəklə bağlı narahatçılıq keçirirlər.Ürək nahiyəsində batan bəzən də yayılan tipli ağrılardan şikayət edirlər. Bu ağrılar adətən miokard infrarktında olduğundan fərqli olaraq qısa ani sancılar şəkilində olub qola və kürəyə nadir hallarda vurur, ağrılar dözüləsi həddə olur və fiziki hərəkət olmadan çox vaxt sakit halda baş verir. Ağrının başlaması ilə birlikdə ürəkçırpıntısının da olması həmin adamda qorxu hissini də özü ilə gətirir və şəxs düşünür ki, məndə infarkt başlayır və “mən ölürəm”. Çoxlu həkim müayinlərinə gedib dəfələrlə elektrokardioqramma, stesstest hətta anju kimi ürək müayinləri etdirmələrinə baxmayaraq buna səbəb olacaq heç bir problemin aşkar olunmaması belə onları sakitləşdirmir. Daimi olaraq əllərini nəbzlərinə və ya ürək nahiyəsinə qoyaraq kontrol edən bu şəxslər tez tez təzyiq ölçdürməkdən özünü və ətrafdakı insanları yormağa başlayırlar.

“Ürək nevrozu” varmı və əlamətləri nədir?


Əlamətlərin psixoloji və yoxsa ürəkdən olduğunu necə bilərik?


Panik atak zamanı əlamatlər daha çox ürəkçırpınıtısı ilə başlayır. Ürək nahiyəsindəki qısa müddətli ağrılar daha çox iynə batma hissini xatırladır.Ağrı qola kürəyə demək olar ki yayılmır, ağrıyan yeri çox vaxt xəstələr barmaqla göstərirlər. Fiziki hərəkət ağrını azaldır. Təzyiq çox vaxt yuxarı olur və bəzən ürəkbulama və boğulma da müşahidə olunur. Bütün bunların hamısı ilə birlikdə qorxu hissi hakimdir.

Miokard infarktı zamanı isə ağrının xarakteri daha fərqli olur. Bu ağrı çox şiddətlidir, dözülməzdir sanki sinədə yayılmış formada olan göynəmə və ağrı qola kürəyə, bütün sinəyə və hətta diş və mədəyə də yayıla bilər. Hərəkət zamanı ağrı daha da artır, bədənin pozasını dəyişməklə ağrı azalmır.

Daha çox kimlərdə olur?


Müşahidə və statistika bu problemin qadınlarda kişilərdən daha çox olduğunu göstərir. Gənc insanlarda rast gəlinmə tezliyi çox olsa da yaşlı şəxslərdə də baş verə bilər.

“Ürək nevrozu” varmı və əlamətləri nədir?


Müalicə üçün nə etməli?


Əksər hallarda bu şəxslər əlamətlərin psixoloji səbəblərdən yarandığına əmin olana qədər dəfələrlə müxtəlif müayinələrdən keçirlər.Əhatəli bir kordioloq müayinəsindən sonra bu şikayətlərin panic atak və ipoxondriya olacağına əminlik yaranır. Cəmiyyətdə yanlış olaraq bu problemlərin nevropatoloqların müalicə etdiyini düşünsələr də bu xəstliklər məhz psixiatriyanın məşğul olduğu problemlərdir.

Adətən antidepressant adlandırdığımız qrupdan təyin etdiyimiz tək dərman bu problem 2-6 həftə ərzində müalicə etməyə qadirdir. Bəzən problemdən asılı olaraq əlavə dərman və əlavə müddətə ehtiyac yarana bilər. Ən az 6 ay davam edən müalicə müddətində dərmanlarla bərabər psixterapiyanın rolu əvəzedilməzdir.


  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Copyright © 2020 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»