Psixoterapiya
Psixoterapiya nədir?
Psixoterapiya psixolojik səbəblərdən yaranan narahatçılıqların bir peşakar tərəfindən söhbət edilərək aradan qaldırılması üsuluna deyilir.Bunun vasitəsi ilə siz öz probleminizə fərqli yönlərdən baxa biləcək, öz gücünüzün hesabına çıxış yollarını tapacaqsıznız.Dərman istifadəsi ilə bərabər psixoterapiya seansları qəbul edən pasiyentlərdə klinik yaxşılaşma ehtimalı xeyli yüksəlir.
Psixoterapiyanın fərqli formaları vardır və hər fərqli formanın problemlərə öz yanaşma üsulları vardır.Müasir dövrdə ən çox işlədilən psixoterapiya formaları aşağıdakılardır
Koqnitiv – davranış terapiyası
Ən çox tətbiq edilən və ən çox fayda görülən terapiya üsuludur.8-12 seans davam edir.Hər seansın əvvəlcədən müəyyən edilmiş planı var.Terapiya sağlam olmayan düşüncələrinizi, münasibətlərinizə təsir edən oturuşmuş fikirlərinizi dəyişməklə, alternativ fikirləşməyi öyrətməklə həyata keçirilir.
Ailə terapiyası
Ailə üzvlərinin bir biri ilə münasibətlərini düzəltməyə , mövcud problemləri tənzimləməyə yönəlmiş bir terapiya üsuludur.
Qrup terapiyası
Oxşar problemləri olan bir neçə insanın eyni vaxtda problemlərini həll etməyə yönəlmiş bir üsuldur.Qrup mütəxəssis tərəfindən idarə olunur.Adətən bu tip qruplar 6-8 nəfərdən ibarət olur.
Psixoanaliz
Keçmişdə uşaqlıq dövründə yaşadığımız travmatik hadisələrin indiki davranışlarımıza təsirini öyrənən və həll edən terapiya formasıdır.Terapiya müddəti 6 ay və 2 il davam edə bilər .
Psixoterapiya hansı problemlərdə istifadə olunur?
Depressiya, nevrotik pozuntular (nevroz), müxtəlif növ fobiyaların, konversion pozuntunun (isterik nevroz) alkoqolizm, narkomaniya kimi xəstəliklərlə yanaşı ailədaxili problemlərin həlli üçün , şəxsi əlaqələr qurmaqda çətinlik çəkənlər, tez əsəbləşən aqressiv insanlar da psixoterapiyanın faydalarından yararlana bilərlər.
