HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Yaddaşdan pis xatirələri “silmək” olarmı və ya EMDR nədir?
Yaddaşdan pis xatirələri “silmək” olarmı və ya EMDR nədir?


EMDR (Eye Movement Desensitization and Reprocessing) azərbaycanca ,“göz hərəkətləri ilə həssasızlaşdırma və yenidən emal etmə” adlanan son dərəcə sübüta əsaslanan ,güvənli psixoterapiya metodudur.

EMDR-ın inkişafı 1987 ci ildə Francio Shapironun göz hərəkətlərinin həyəcanlı düşüncələri azalda biləcəyini kəşf etməsi ilə başladı.Belə ki, o gəzinti vaxtı gözlərini sağa və sola hərəkət etdirdiyi zaman onda olan narahatçılıqın azaldığının fərqinə vardı.Shapiro bu metodu travmadan əziyyət çəkən bir çox insan üzərində test edərək elmi tədqiqiat formasında nəticələrini çap etdirdi.

EMDR –ın işləmə mexanizmi necədir?

Beynimiz ətrafdan aldığı bütün məlumatları “filtrdən” keçirib işləyərək bizə uyğun vəziyyətə gətirib yaddaşda saxlayır. Bu məlumatlar sayəsində gələcəkdə narahatçılıq yarada biləcək situatsiyalarda qərarlar veririk.Bu sistem normal işləmədiyi təqdirdə beyin yaşadığı pis, xoşagəlməyən hadisəni olduğu kimi qeyd edir və üstündən illər keçsə belə həmin hadisəni xatırladan ən kiçik detalda belə köhnə xatirələri xoş olmayan hisslərlə yenidən xatırlayır.
EMDR görə hazırkı problemlərin kökündə “işlənməmiş” pis xatirələrimiz dayanır.Hər bir travmatik hadisə o an üçün özünə məxsus duyğu və düşüncələrdən ibarət qapalı bir halqa yaradır.EMDR seansları da məhz bu “qapalı halqanı” dəyişməyə yönəlir.Seanslarda pasieynt həmin travmadan qalan pis və işlənməyən xatirələri psixoterapevtin barmaq hərəkətlərini gözləri ilə izləyərək ( beynin hər iki yarımkürəsini eyni vaxtda işlədən digər hərəkətlər : hər iki diz qapağına sinxron vurmaq, qulaqlara müəyyən səslər vermək və s) yenidən canlandırır.Bu zaman pasiyentdə duyğu boşalması, xatirələrin çox dəqiq xatırlanması, bloklanma və sair kimi hallar meydana çıxa bilər.Bu müddətin sonunda həmin pis xatirə o insan üçün adiləşərək əvvəlki narahatçılıqı yaşatmayacaq vəziyyətə gəlir

EMDR terapiyası necə tətbiq olunur?
8 mərhələdən ibarət protokol tətbiq olunan bu terapiya metodunun əsas məqsədi bizi narahat edən keçmişdəki pis xatirələri yenidən işləyərək adiləşdirmək, mövcud simptomları aradan qaldırmaq və gələcəkdə bənzər hadisələrlə qarşılaşdığı zaman özgüvəni formalaşmış bir tərzdə adekvat davranışlar sərgiləməyi öyrətməkdir.

EMDR –ın mərhələləri hansılardır?

1.Pasiyentin keçmişi – Yaşadığı travmatik hadisə də daxil olmaqla pasiyentdən həyatı haqqında ətraflı məlumat toplanır
2.Hazırlıq – Pasiyent EMDR haqqında məlumat verilir
3.Dəyərləndirmə- Psixoterapevt tramatik hadisə zamanı ən çox təsir edən səhnəni, həmin səhnə ilə bağlı indiki neqativ düşüncəsini, hiss etdiyi duyğularını, bədənindəki o anda olan narahatçılığın yerini və pozitiv düşüncəsini ayırd edir.
4.Həssasızlaşdırma – Bu mərhələdə pasiyentdən narahat edən səhnəni canlandıraraq neqativ düşüncə ilə birlikdə düşünməsi və bütün bunların onda yaratdığı hissləri ayırd etməsi istənilir.Sonra isə pasieyntdə ağlına o anda gələn bütün düşüncələri kontrol etmədən danışması deyilir.
Bu canlandırma ərzində pasiyent psixoterapevtin sağa sola hərəkət edən barmaqlarını izləməlidir.
Bu prosedur pasiyentə pis xatirələr daha az narahat edici səviyyəyə enənə qədər davam etdirilir.
5.Yerləşdirmə- Pasiyentdə pozitiv düşüncəsinin möhkəmlənməsi üçün setlər (göz hərəkəti, dizə toxunma) tətbiq edilir.
6.Bədəni kontrol etmək- Pasiyentdən bədənini düşüncə olaraq kontrol etməsini və narahat edici hisslər olarsa deməsi istənilir.
7.Qapanış – Psixoterapevt pasiyentə sonrakı dövr haqqında məlumat verir və lazım olarsa relaksasiya edici texnikalar tətbiq edilə bilər
8.Yenidən dəyərləndirmə -Əksər hallarda 1 həftə sonra olur.Pozitiv düşüncəsnin yerinə oturub oturmaması kontrol edilərək ehtiyac yaranarsa əlavə setlər tətbiq edilə bilər.

EMDR nə qədər davam edir?
EMDR qısa müddətli terapiyalara aiddir.Müddəti isə travmanın növündən, sayından yaratdığı mövcüd simptomlardan asılı olaraq dəyişir.

EMDR vasitəsi ilə yaddaşı silmək olurmu?
EMDR yaddaş silmək üçün bir texnika deyildir.Belə bir texnika ümüumiyyətlə yoxdur.EMDR vasitəsi ilə travmanın sizdə yaratdığı mənfi düşüncələri aradan götürüb və onları xatırladığınız zaman daha rahat və adi baxa biləcəksiniz.


  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»