HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Obssesiv - kompulsiv pozuntu
Obssesiv - kompulsiv pozuntu
Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. Obssesiv fikirlər bir çox mövzuları əhatə etməklə yanaşı, ayrı-ayrı xəstəliklərin əlaməti də ola bilər.

Obssesiv – kompulsiv pozuntu nədir?


Köhnə adı ilə sarışan hallar nevrozu adlanan bu xəstəlik əsasən beyinə müxtəlif istənməyən fikirlərin gəlməsi və təkrarlanan hərəkətlərin edilməsi özünün göstərən bir xəstəlikdir.

Obssesiya nədir ?


Bu beyinə insanın iradəsindən asılı olmayaraq daxil olan, qovula bilməyən, təkrarlanan, şəxsinə özünə məntiqsiz gələn və əksər hallarda onun dünyagörüşünə, əxlaq normalarına zidd olan düşüncələrdir.Bu düşüncələr insanda həyəcan və narahatlıqa səbəb olur.

Kompulsiya nədir?


Kompulsiyalar obssesiyalar nəticəsində yaranan həyəcan və narahatlığı aradan götürmək üçün ortaya qoyulmuş davranışlardır.

Yayılma dərəcəsi nə qədərdir?


Hər 100 nəfərdən 3-4 nəfərində görülən bu xəstəlik əvvəllər nadir xəstəlik kimi qələmə verilsə də son tədqiqatlar bunun heç də az olmadığını göstərir.

Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir?


Bu xəstəliyin əlamətləri müxtəlif fərqliliklər göstərir.Bu fərqliliklər yaşa görə, din baxışlara görə, kultural səviyyəyə görə dəyişir.Məsələn bir toplum üçün obssesiya sayılan düşüncə digər toplumda obssesiya olmaya bilər.Ən tez tez rastlaşdıqımız obssesiya və kompulsiyalar aşağıdakı kimidir.

Kirlənmə obssesiyası təmizləmə kompulisyası


Şəxs ona müxtəlif mikroblara yoluxduğunu, çirkləndiyini, müxtəlif kimyəvi maddələrin (sabun, yuyucu toz), yağların, bədən mayelərinin (tüpürcək, sidik, nəcis) ona toxunduqunu düşünür.Onlar bu düşüncələrə görə saatlarla əllərini yuyur, hamamadan gec çıxırlar, ətrafı spirt və ya dezinfeksiya edici maddələrlə təmizləyir, paltarlarını tez tez dəyişirlər.

Şübhə obssesiyası kontrol kompulsiyası


Bu növ obssesiyalar daha tez tez rast gəlinənidir.Bu zaman şəxs qapını, qazı, suyu baglayıb bağlamadıqını düşünür, evden çıxarkən cihazları söndürüb söndürməyini fikirləşir, öz iradəsindən asılı olamayaraq kiməsə zərər verə biləcəyini (məsələn bıçaqla kimisə vuraram, uşaqı pəncərədən ataram, özümü öldürərəm və s) haqqında bezdirici fikirlər olur və bu fikirlərə qarşılıq olaraq insan qapını, qazı dəfələrlə yoxlayır, evdə tək qalmaq istəmir ki birdən kimsəsə nəsə edərəm.

Cinsi məzmunlu obssesiyalar


Şəxs öz əxlaqına, tərbiyyəsinə həyat baxışlarına zidd olaraq beyinindən yaxınları doğmalarına qarşı cinsi məzmunlu fikirlər gəlir və ya tanımadıqı adamlarla bağlı cinsi məzmunlu xəyallar qurur.

Dini məzmunlu obssesiyalar


Xüsusən dini ibadətlərlə məşğul olan insanlarda dini görüşlərinin etiqadların əksinə olaraq istəmədən Allahı inkar edən, müqqədəs şəxslərə qarşı söyüş məzmunlu fikirlər gəlir.

Simmetrik, toxunma və sayma obssesiyaları


Bu vəziyyətdə şəxsdə müxtəlif əşyalaraı, cisimləri bir birinə paralel qoymağa, müəyyən sayda toxunmağa (məsələn 3 dəfə bura toxundumsa 3 dəfə də əlavə toxunmalıyam), binaların evlərin mərtəbəsini saymağa və ya müxtəlif rəqəmləri cüt və ya tək rəqəmə yuvraqlaşdırmağa şalışırlar və bir çox insan düşünür ki, bunu etməsəm hər hansı pis hadisə ola bilər, doğmalarıma başına pis nələrsə gələ bilər.

Obssesiv – kompulsiv pozuntu niyə yaranır?


Bu xəstəliyin yaranmasında əsas səbəb bioloji olaraq beyində sinirlər arasında impulsların ötürülməsini təmin edən maddələrdən biri serotonin maddəsinin miqadarının azalmasıdır.Uşaqlıq dövrü travmaları ilə bərabər şəxsin özünün fərdi xüsusiyyətlərinin də bu problemin yaranmasında təsiri vardır.

Müalicə necə aparılır?


Müalicə məsələsində istiqamət mövcüddur.İlk təklif olunan variant dərman terapiyasıdır ki bu zaman antidepressantlardan istifadə olunur son illərin tövsiyyəsinə bu ən az 2 il fasilsəiz şəkildə davam etdirilməlidir.

Digər müalicə metodu isə koqnitiv davranış terapiyası adlanan psixoterapiyadır.

Pasientlərə məsləhət:


Obssesiv – kompulsiv pozuntu müalicəyə müqavimətli formaları olsa da əksər hallarda müalicəyə tabe olur.Təyin olunan dərmanları fasilsəiz bir şəkildə qəbul edin bu sizdə əlavə yan təsirlər yaratmaz əgər belə bir halla rastlaşarasınızsa həkiminzlə əlaqə saxlayın dərmanı özünüz saxlamayın.Müalicə müddətində bəzən əlamətlərin artması olsada bu sizi qətiyyən həvəsdən salmasın.


Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»