HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090

Farmakoterapiya

Psixiatriyada istifadə olunan dərmanlar aşağıda qeyd edəcəyimiz bir neçə əsas qrupdan ibarətdir.Bu qrupdan olan dərmanlar birmənalı şəkildə ixtisaslı həkim tərəfindən müayinə olunaraq təyin olunmalıdır.Dostunuza, qonşunuza yaxşı təsir edən dərman sizdə əlavə problemlər yarada bilər.

Antidepressantlar:



Antidepressant dərmanlar depressiya, nevrotik pozuntuların (nevroz), müxtəlif qorxuların müalicəsində istifadə olunur.Asılılıq yaratma ehtimalı yoxdur, müalicə müddəti bitdikdən sonra həkim nəzarəti ilə azaldılaraq rahat bir şəkildə kəsmək olur.Bir neçə qrupu vardır
Trisiklik antidepressantlar : Təyin olunduğu xəstəliklər zamanı 2-4 həftə ərzində yüksək effektivlik göstərsə də bəzi xəstələrdə ağız quruluqu, qəbizlik, sidik ləngiməsi, təzyiq enməsi , ürək ritmində dəyişiklik yaratdığı üçün yaşlı xəstələrdə ehtiyatla istifadə edilməlidir Ən
Serotinin geri tutulmasının ingibitorları : 1980- ci ildən etibarən psixiatriya təcrübəsində depressiya , panik atak, sosial fobiya, həyəcan pozuntusu, fobiyalar kimi xəstəliklərin müalicəsində güvənlə və yüksək effektivliklə istifadə edilən bir qrupdur.Trsiklik antidepressantlartla müqayisədə yan təsirləri azdır.Yaşlı və digər tibbi problemi olan (şəkər, tiroid, qaraciyər) şəxslərdə rahat bir şəkildə təyin etmək olar.Əsas yan təsirləri dərmanın istifadəsinin ilk günlərində başgicəllənmə, ürəkbulanması, əlavə həyəcan hissi sonrakı günlərdə isə cinsi istəkdə azalma, orqazm hissinin gecikməsi, canlı yuxular görmə,iştahda azalma və ya artma ola bilər.

Antipsixotiklər:



Şizofreniya və digər psixotik pozuntuların müalicəsində istifadə olunsa da son illərdə bipolyar affektiv pozuntu, müalicəyə tabe olmayan depressiya və nevrotik pozuntuların (nevroz) , tiklərin yaxşılaşdırması məqsədi ilə təyin olunur.Asılılıq yaratmır.Bu qrup dərmanlarda əsas yan təsirlər iştah açılması, təzyiq enməsi, yuxuya meyillik və sair ibarətdir.

Trankvilizatorlar :



Nevrotik pozuntuların (nevroz), yuxu pozuntuların qısa müddətli müalicəsində geniş istifadə olunan dərman qrupudur.Asılılıq yaratma ehtimalı yüksək olan dərmanlardır.Həkimin təyin etdiyi müddətdən və dozadan çox qəbul etmək olmaz.Əsas yan təsirləri yuxululuq, diqqətsizlik ola bilər.

Bütün bunlardan başqa epilepsiya elehinə olan dərmanlar bir çox hallarda psixiatriya sahəsində bipolyar affektiv pozuntunun müalicəsində istifadə olunur.


Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»