HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Panik atak
Panik atak

Panik atak nədir?


Panik atak şəxsin gözləmədiyi halda anidən ortaya çıxan, 15-20 dəqiqə müddətində getdikcə artaraq ən yüksək səviyyəyə çatan şiddətli qorxu tutmasıdır. Bu tutmanı keçirən şəxs həmin anda infarkt keçirərək öləcəyinə, dəli olacağına, bayılaraq yıxılacağına və ya özünə nəzarəti itirəcəyinə inanaraq, dəhşətli qorxu hissi keçirir. O, bu qorxunun təsiri altında sürətli şəkildə təcili yardım xidmətinə və ya ən yaxındakı həkimə müraciət edir.

Panik atakın əlamətləri hansılardır?


Aşağıda sadalanacaq 13 psixoloji və fizioloji əlamətdən ən az 4-nün olması panik atak diaqnozu qoymaq üçün yetərlidir.

1. Ürək döyüntülərinin sayının artması
2. Tərləmə
3. Titrəmə
4. Boğulma
5. Nəfəsin kəsilməsi
6. Sinədə ağrı
7. Ürəkbulanma və ya qarında ağrı
8. Gözlərin qaralması, başın fırlanması, huşun itməsi
9. Ətrafı hiss etməmək (sanki hər şeyi yuxuda görür)
10. Özünə nəzarəti itirmək
11. Ölüm qorxusunun yaranması
12. Bütün duyğuların ölməsi
13. Eyni zamanda bir neçə hissi yaşamaq (üşütmə, tərləmə və s.)

Panik pozuntu nədir?


-Əgər sizdə panik ataklar gözlənilmədən baş verirsə
- Əgər hər panik atakdan sonra növbəti bir panik atatın olacaqını həyəcanlı bir şəkildə gözləyirsinizsə
- Panik takın olmaması üçün və ya hər hansı bir ola biləcək pis hadisəyə qarşı özününü sığortlayırısınza (evden uzaqa getməmək, yaninda su və ya dərman gəzdirmə, xəstəxanalara yaxın yerlərdə gəzmə və s) kimi əlamətlər üstünlük təşkil edirsə bu panik pozuntu adlanır.

Bu əlamətlərin müşahidə olunduğu şəxslərə panik pozuntu diaqnozu qoymazdan əvvəl pasiyent ətraflı müayinə olunmalı, ürək, ağciyər, tiroid, beyin mənşəli problemlərin olub-olmamasını dəqiqləşdirmək lazımdır.
Qeyd etmək lazımdır ki, panik atak xəstəliyi zamanı laboratuar və instrumental müayinələr (qan analizləri, KT, MRT və sair) zamanı heç bir patologiya aşkar olunmur. Bir çox xəstə bu müayinələrin nəticəsinə inanmayaraq, başqa həkim və klinikalara müraciət edirlər.
İlk panik tutma adətən səbəbsiz baş verir. Bir neçə dəfə təkrarlandıqdan sonra şəxsdə "Birdən yenə olar?", "Görəsən, bir də nə vaxt olacaq?" tipli növbəti panik atakı gözləmə həyəcanı yaranır. Bu düşüncələr artdıqca xəstə "birdən yenə panik atak olar və mənə heç kim kömək etməz" fikri ilə iri ticarət mərkəzlərinə, metroya və digər qapalı yerlərə getməkdən çəkinir. Özünə məxsus güvənli məkanlar seçir və həmin məkandan kənara çıxmır. Bu, panik atakın aqrofobiyalı forması adlanır.
Panik pozuntunun yaranma səbəbi nədir?
2 əsas səbəb qeyd olunur.İlk səbəb sinirlər arasında ötürülməni təmin maddələrin dəyişməsidir.Digər səbəb isə pasientlrimizin tamam zərərsiz olan adi ürəkdöyünmə, boğulma kimi əlamətləri yanlış olaraq “infarkt, insult, astma” kimi xəstəliklərə bənzətməsinin nəticəsidir.

Panik pozuntunun müalicəsi mümkündürmü?


İlk öncə xəstədə paralel olaraq hansısa somatik xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün bəzi müayinələr aparılmalıdır. Əksər hallarda xəstələrdə heç bir problem ortaya çıxmır. Müalicənin məqsədi panik atakı tam aradan qaldırmaq yox, xəstənin panik ataka münasibətini dəyişmək, psixoloji problemləri aradan qaldırmaq və panik atak haqqında tam məlumat verməkdir. Bu səbəbdən xəstələrə dərman terapiyası ilə yanaşı psixoterapiyanın aparılması da zəruridir.
Dərman terapiyası zamanı ilk seçim preparatı müasir qrup antidepressantlar olmalıdır. Bəzən paralel olaraq yüngül sakitləşdiricilərdən də istifadə etmək olar.
Xəstəliyin əlamətləri azalan kimi dərmanı kəsmək lazım deyil. Özünüzü yaxşı hiss etdiyiniz andan etibarən müalicə 4-6 ay davam etməlidir. Dərman dozasını və növünü mütləq həkim təyin etməlidir. Panik tutma zamanı qəbul edilən dərmanlar bəzən xəstəyə təsir etməyə bilər.
Panik tutma zamanı nə etmək lazımdır?
Xəstələr mütləq əvvəlcədən bilməlidirlər ki, bu, adi bir panik tutmadır və bu tutmaya görə onlara heç vaxt heç nə olmayacaq. Həyəcanlanmadan, sakit şəkildə oturub tutmanın keçməsini gözləmək lazımdır. Bu zaman dərindən nəfəs almaq şikayətlərinizi artıra bilər. Bu səbəbdən də bu tip hərəkətlərdən çəkinin. Təcili yardım və ya həkim çağırmağınız, spirtli və kofeinli içkilər qəbul etməyiniz, siqaret çəkməyiniz məsləhət deyil.

Pasientlərə məsləhət :


Panik pozuntu heç bir halda ölümə, infarkta, dəli olmaya, insult və digər bu kimi xəstəliklərin yaranmasına səbəb olmaz
Yanınızda atereial təzyiq ölçmək üçün cihaz, müxtəlif dərmanlar, vitaminlər və sair gəzdirməyin.
Yalnız həkiminizin tövsiyyə etdiyi dərmanları götürə bilərsiniz.

Qohumlar üçün məsləhət :


Əgər sizin doğmalarınzda panik pozuntu aşkarlanıbsa bunun qətiyyən heç bir həyati fəsadı olmadığını bilin.Müalicə nəticəsində vəziyyəti nə qədər yaxşı olsa da həkimin təyin etdiyi onun icazə olmadan saxlamasına imkan verməyin.

Hörmətlə Dr.Orxan Fərəcli


Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»