HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Yayılmış təşviş pozuntusu
Yayılmış təşviş pozuntusu

Generalizə olunmuş təşviş pozuntusu nədir? (GTP)


Bu problemdən əziyyət çəkən şəxslərə daimi olaraq qeyri müəyyən, mövcud vəziyyətə uyğun olmayan həyəcan hissi hakim kəsilir.Həyəcan hissinin şiddəti bəzən o qədər yüksək olur ki, bu insanlar adi gündəlik iş gücləri ilə maraqlana bilmir, ətraf aləmdən uzaqlaşmağa başlayırlar.Bu xəstəlik zamanı həyəcan mövzuzu ailə üzvləri, qohumları, sağlamlıq vəziyyəti, ev, pul kimi məsələlərdir.
Yaş irəlilədikcə rastgəlmə tezliyi artan bu xəstəliyə hər 100 nəfərdən 3-4 də bu və ya digər formada həyatının hansısa bir dövründə rast gəlinir.

GTP əlamətləri nələrdir?


Bu xəstəliyin əsas əlamətləri gün ərzində davam edən qeyri adekvat həyəcan hissidir.Düşüncədə daimi olaraq “anama nəsə olacaq, atama nəsə olacaq, evimiz yanacaq, hamı öləcək, pullarımız əldən çıxacaq” kimi fikirlər olur.Pasientin bu fikirlərin boş mənasız oldqunu bilsə də fikirlər ondan əl çəkmir və bu fikirlər insanda həyəcanın somatik əlamətləri olan ürəkdöyünmə, boğulma, halsızlıq eləc də psixoloji əlamətlərdən bir yerdə əqrar tuta bilməmək, ümumi narahatlıq kimi əlamətlər yaradır.

GTP adi həyəcandan fərqi nədir?


Adi həyəcan normal səviyyədə bizim gündəlik işlərimizə daha məsuliyyətli, daha dəqiq yanşamamızı təmin edən bir psixi funksiyadır.Bir çoxumuz imtahana görə, gələcəyimizə görə, evimizə, uşaqlarımıza valideynlərimizə görə həyəcan keçirə bilərik lakin bu həyəcan insanın günlük iş fəaliyyətinə, sosial həyatına təsir etməyəcək bir şəkildə olmalıdır.

GTP necə müalicə olunur?


İlkin olaraq əlamətlərin digər hər hansı bir xəstəliyə baglı olub olmadıqını araşdırmaq lazımdır.Müalicəvi yanaşma digər nevrotik pozuntularda oldugu kimi yeni nəsil antidepressantlar və koqnitiv davranış terapiyası vasitəsilədir.
Müalicəyə başlanan şəxslərin böyük əksəriyyəti 2 həftə sonra müalicədən fayda görürlər.Xəstəlik əlamətlərinin tam itməsinə baxmayaraq çüalicə müddəti ən az 1 il müddətində davam etdirmək lazımdır.





Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»