HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Bipolyar affektiv pozuntu
Bipolyar affektiv pozuntu

Bipolyar affektiv pozuntu nədir ?


Köhnə adı ilə “Maniakal – depressiv psixoz” adlanan bu xəstəlik özündə 2 ayrı fazanı birləşdirir.Bu fazalardan birində pasiyəntdə əhval ruhiyyənin kəskin qalxması, enerji yüksəlməsi müşahidə olunsa da digər fazada bunun tam əksinə şəxs dərin bir kefsizlik, tez yorulma, enerjinin azalması müşahidə olunur.Həmin əhvalın yüksəldiyi dövrə “Maniya” dövrü, əksi olan kefsizlik dövrünə isə “depressiya” deyilir.Qeyd etdiyimiz bu iki dövr xəstələrdə müəyyən periodlarda tutma şəklində bir biriniz əvəz edir və tutmalardan sonrakı dövrlərdə pasientlər özlərini tam sağlam hiss edirlər.

Bipolyar affektiv pozuntu kimlərdə rast gəlinir?


Bu xəstəlik bütün yaş dövrlərində rast gəlinsə də ən çox rast gəlindiyi yaş 20 yaş ətrafıdır.Qadın və kişilərdə rastgəlmə tezliklərinə ciddi bir fərq yoxdur.

Maniya dövrü necədir ?


Bu dövr adətən qəfildən başlayır 2 həftədən 4 aya qədər davam edə bilər.Əsas əlamətləri əhval ruhiyyənin səbəbsiz kəskin yüksəlməsidir.Xəstələr çox tez tez danışır, beyində fikirlər sürətlə bir birini əvəz edir, gecə az yatmasına baxmayaraq gün boyu özlərini gümrah hiss edirlər, qətiyyən yorulmaq bilməyən bu şəxslər al əlvan geyinməyə, çoxlu pul xərcləməyə, gərəksiz hədiyyələr almağa meyilli olurlar.İdarə etdikləri avtomobili sürətli sürmə, cinsi enerjidə artış, lüzumsuz zarafatlar etmək də manik dövrdə tez tez rast gəlinən davranışlardır.
Bəzi kəskin hallarda maniya dövründə xəstədə psixotik əlamətlər (özünüböyütmə sayaqlamaları) rast gəlinə bilər.Zəruri qeyd kimi bildirim ki, bütün bu əlamətlər hər hansı kənar maddənin məsələn narkotik vasitələrindən qəbulundan sonra yaranmamalıdır.

Hipomaniya nədir ?


Hipomaniya maniakal dövrdə müşahidə olunan halların daha yüngül yaşanmasına deyilir.

Depressiya dövrü necədir?


Depressiv dövr daha uzun müddət davam edir.6-8 ay bəzən daha uzun müddət davam etdiyi də müşahidə olunur.Bu dövrün əsas əlamətləri halsızılıq, tez yorulma, ağlama, iş görmək istəyinin azalması, şəxsi gigiyenasına nəzarətin azalması, yuxuya ifrat meyillik, daxili sıxıntı, cinsi istəyin azalması, intihar fikirləridir.

Xəstəliyin gedişi necədir ?


BAP zamanı yuxarıda qeyd etdiyimiz dövrlər biri birini əvəz edir.Məsələn 1 ay davam edən maniakal dövrün ardından xəstədə 9 ay və ya 1 il davam edən depressive epizod görülə bilər.Bəzən qarışıq epizodlar dediyimiz hallar da müşahidə olunur ki, bu zaman pasientin əhvalı günlük olaraq dəyişir.
Bir çox pasientimizdə mövsümü olaraq yaz aylarında manic dövrün kəskinləşməsi payız və qış aylarında isə depressiv dövrün yarandığını müşahidə edirik.

Bipolyar affektiv pozuntu necə müalicə edilir ?


Xəstəliyin müalicəsində istifadə olunan dərman qrupu əhval ruhiyyənin stabilizatorları adlanan bir qrupdur .Ən məşhur nümayəndəsi Litium olsa da bəzən digər bənzər dərmanlardan da istifadə etmək olar.Bu dərmanlar əgər pasiyent depressiv dövrdədirsə əhvalı yuxarı qaldırır, maniakal dövrdədirsə əhvalı aşağı salmağa xidmət edir.Bəzən kəskin dövrlərdə bu dərmanlarla bərabər antipsixotik dərmanlar da istifadə oluna bilər.

Qohumlar üçün məsləhətlər


Bu xəstəlikdən əziyyət çəkən yaxınınızda əgər tez tez danışmasını, gecələr az yatmasını, enerjisinin hədsiz çox olduğunu müşahidə edirsinizsə bu maniakal və ya hipomaniakal dövrün başlaya biləcəyinə işarədir.Vaxt itirmədən müalicə həkimizlə əlaqə saxlayın.Yanında çox pul saxlamasına, avtomobil idarə etməsinə, alkoqol və digər narkotik tipli maddələrin qəbulu mütləq şəkildə məhdudlaşdırılmalıdır.


Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»