HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Depressiya
Depressiya

Depressiya nədir?


İnsan orqanizmində rast gəlinən şəkərli diabet, hipertoniya, qastrit kimi xəstəliklərdən biri də depresiyyadır.Depressiya insanın iradəsindən asılı olmayaraq yaranan, bir çox hallarda şəxsin öz gücü, iradəsi hesabına öhdəsindən gələ bilmədiyi haldır.

Depressiya xəstəliyinin əlamətləri nələrdir?


Ən əsas əlamət minimum 2 həftə müddətində gün boyu davam kefsizlik, marağın və ya zövq almanın azalması və tez yorulmadır.Bütün bunlardan başqa özünü dəyərsiz hiss etmə, günahkarlıq fikirləri, həyatdan bezginlik, yaşamaq istəyinin enməsi, gələcəyə ümidsizlik, plan qura bilməmək, səbəsiz həyəcan və təşviş əlamətləri olur.Qeyd olunan əlamətlər bəzən o qədər şiddətli olur ki, şəxs bunun heç vaxt sağalmayacağını , ömür boyu onu tərk etməyəcəyini düşünür.Bəzi hallarda bədəndə yayılmış ağrılar, halsızlıq, ürəkdöyünməsi kimi əlamətlər də müşahidə olunur.
Daimi ümidsizlik, pis fikirlər, günahkarlıq duyğusu pasientlərimizdə intihar düşüncələrini artırır.İntihar fikirləri və cəhdləri depressiyanın mühüm kriterisidir.
Depressiv vəziyyətlərin çoxunda yuxunun artması və ya azalması ilə bərabər, iştahın da artıb azalması qeyd olunur.

Depressiya diaqnozu necə qoyulur?


Bu diaqnozun qoyulması həkim psixiatrın səlahiyyətində olan məsələdir.Bir şəxsdə deprersiyya diaqnozunun qoyulması üçün yuxarıda saydıqımız əlamətlərinin hamısnın eyni anda mövcud olması şərt deyildir.Bir neçə əlamətin şəxsin gündəlik fəaliyyəti pozacaq dərəcədə çox olması belə kifayətdir ki, depresiyya haqqında düşünülsün.
Depressiya diaqnozu təsdiqləyəcək xüsusi labarotor analizlər və tibbi görüntülənmə vasitəsi hələ ki müəyyən edilməyib.Bu məqsədlə biz xüsusi psixoloji testlərdən (Hamilton, Beck, Zanq) istifadə edirik.

Depressiya xəstəliyinin səbəbi nədir?


Bir çox xəstəliklər kimi depressiya xəstəliyinin səbəbini konkret göstərə bilməyəcəyik.Amma bir çox müasir nəzəriyyələr mövcuddur ki, bunlardan ən önəmlisi beyində bəzi kimyəvi maddələrin miqdarının dəyişməsidir.Serotonin adlanan həmin maddəynin azalması nəticəsində insanda nəinki kefsizlik hətta qorxu həyəcan daimi pis fikirlər də əmələ gələ bilər.
Seronin maddəsin azalmasından başqa depressiya xəstəliyinin yaranmasına səbəb müxtəlif psixoloji travmalara, ailə vəziyyətin gərgin olması, maddi vəziyyətin aşağı olması, uzun müddət davam edən xroniki xəstəliklər və sair də səbəb ola bilər.

Depressiyanın gedişi necədir?


Bütün depressiv xəstələrin təxminən 80-85 % müalicədən fayda görürlər.Müalicə ounmayan hallarda belə 6 -24 ay içərisində düzəlmə müşahidə olunur.50% hallarda xəstəlik 2 ci dəfə qayıda bilər.Əgər 2 ci dəfə qayıdıbsa 75% hallarda 3 cü dəfə qayıda bilər.3 cu dəfə təkrarlandıqı halda depresiyyanın seyri xroniki şəkil almaga başlayır.

İntihar hansı hallarda ola bilər ?


Depresiyya zamanı intihar etmə riski 20-40 % dir.Yaşlılarda gənclərlə müqayisədə 2 dəfə daha çoxdur.”İntihardan çox danışan adam intihar etməz” düşüncəsi yanlışdır.Bütün intihar xəbərdarlıqları ciddi qəbul olunmalıdır.

Depressiyanın müalicəsi necə aparılır?


Bu xəstəliyin müalicəsində dərəcəsində asılı olaraq 2 metod var.Dərman və Psixoterapiya. Əgər xəstəlik yüngül dərəcəlidirsə dərmansız sadəcə psixoterapiya ilə kifayətlənmək olar yox əgər xəstəlik orta ağır, ağır dərəcədəirsə bu zaman dərman və psixoterapiya hər ikisi birlikdə tətbiq olunmalıdır.
İstifadə olunan dərman qrupu antidepressantlar adlanır.Bunlar beyindeki serotinin hormonunun yüksəlməsinə xidmət edir, pasientlər bunu ən az 6 ay -2 il fasilsəiz qəbul etməlidir.Bu dərmanlar sağlam insanlara təsir etmir və keflilik yaratmır. Fiziki asılılıq riski yoxdur.
Psixoterapiyanın isə müxtəlif növləri olmasına baxmayaraq depressiya xəstəliyinin müalicəsində klinik effektivliyi sübut olunan koqnitiv –davranış terapiyası və interpersonal terapiyadır.

Qohumlara məsləhət :


“Özünə ələ al, iradəni topla düzələcəksən, hər şey özündən asılıdır ” tipli məsləhətlər verməyin.Xəstəlik şəxsin iradəsindən asılı deyildir.Ona dəstək olun, bunun bir xəstəlik olduqunu ona izah edin.Müalicənin 80-85 % hallarda müsbət nəticə verdiyini və ən pis hallarda belə ağırlaşaraq şizofreniya xəstəliyinə keçmədiyini vurğulayın.

Sağlam günlər arzusu ilə Dr. Orxan Fərəcli


Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»