HƏKİMƏ SUAL VER

Qəbula yazılmaq üçün:

(050) 2412090

Qəbula yazılmaq üçün:

(050) 2412090
Şizofreniya
Şizofreniya

Şizofreniya nədir?


Hərfi mənası “ağlın parçalanması” (“şizo” parçalanma, “freniya” isə ağıl) olan şizofreniya beyindəki bəzi kimyəvi maddələrin dəyişilməsi ilə ortaya çıxan bir xəstəlikdir. Daha çox 17- 25 yaş arasında rast gəlinən bu problem bir çox hallarda müalicə olunsa da təəsüflər olsun ki bəzi şəxslərə istədiyimiz faydanı verə bilmirik.
Bütün dövrlərdə yayılması 1% olan şizofreniya xəstələri cəmiyyətdə yayılan fikirlərin əksinə olaraq heçdə aqressiv qorxulu deyil onların cinayət etməsi, ani saldırqanlıq hissləri demək olar ki, yox səviyyəsinədir.

Şizofreniyanın yaranma səbəbləri



Bioloji səbəb:
Son müasir tədqiqat üsulları şizofreniya xəsətliyi zamanı beyində və ya qanda spesifik dəyişiklik olmadıqını desə də müasir nəzəriyyələridən biri dofamin nəzəriyyəsidir ki, bu zaman beyində dofamin adlanan həmin maddənin miqadarında artış olur və verilən dərman maddələri məhz həmin dofamin maddəsinin miqadarını azaldaraq xəstədəki əlamətləri aradan qaldirir.
Genetik səbəb :
Şizofreniyanın valideynlərində övlada keçməsi mümkündür.Əgər ata və ya anadan biri xəstədirsə övlada keçmə ehtimalı 10-13 % dir.Hər iki valideyn xəstədirsə bu ehtimal 40 % qədər yüksəlir.
Digər təsirlər:
Araşdırmalar bəzi infeksiyaların, yüksək stressli vəziyyətlərin, sosial əlaqəlirin zəif olmasını şizofreniya xəstəlyinin başlanması üçün tətikləyici factor olmasını vurgulayır.

Şizofreniyanın əlamətləri nədir ?


- Fikirlərin dəyişməsi və ya beyində əks səda verməsi
- Düşüncələrin oxunması və ya hərkəsə aydın olması
- Beyindən fikirlərin oğurlanması və ya beyinə fikir yeridilməsi
- Davranışları müzakirə edən və ya ona müxtəlif əmrlər verən səslərin eşidilməsi
- Özünü yüksək siyasi və dini şəxslərlə eyniləşdirmə
- Üstün hisslərinin olmasını iddia etməsi (vergi verilib, əlimdə şəfa var və s)

Şizofreniya diaqnozu necə qoyulur?


Bu diaqnoz mütləq bu sahə üzrə ixtisaslaşmış həkim psixiatr tərəfindən qoyulmalıdır.Pasientdə ətraflı bir şəkildə xəstəliyin keçmişi və necə başlanması araşdırılmalıdır. Bəzi hallarda şizofreniya xəstəliyinin əlamətləri bədəndə baş verən hər hansı bir başqa somatik (infeksiyalara, kəllə beyin travması və s) xəstəliyin nəticəsində və ya kənar maddə qəbulu (heroin, marixuana) nəticəsində də yarana biləcəyinə görə MRT, müxtəlif qan analaizləri və bəzi əlavə tibbi müayinlərə də ehtiyac ola bilər.

Şizofreniyanın müalicəsi :


Müalicə məsələlərinə nə qədər erkən başlanılırsa müalicənin effektivliyi bir o qədər yüksəkdir.Bu xəsətliyin müalicəsində əsas istifadə olunan dərman peraparatlaı antipsixotik və ya neyroleptik adlanan dərman qrupudur.
Bu dərmanlar beyindəki artan dofamin maddəsini azaldaraq yaranmış psixotik əlamətləri aradan qaldırmağa yardımçı olur.Dərman qəbuluna baglı yaranan bəzi yan təsirlər vardır ki, müalicə həkiminiz müdaxilə edərək həmin yan təsirləri ardan qaldra biləcəkdir.
Dərmanlardan başqa digər müalicə üsulu psixoreabilitasiyadır ki, bu üsulla şizofreniyalı pasiyentlərdə azalmış sosial əlaqələr, gündəlik vərdişlər, yeni bacarıqlar qazandırlılaraq yenidən həmin xəstələrin cəmiyyətə qazandırılmasına xidmər edir.
Son illərdə effektivliyinin çox olması və ya təsirlərinin az olmasına görə fərqlənən bir müalicə üsulu da EKT (elektrokonvulsif terapiya) dır.Bu üsulda xəstəyə narkoz altında adətən gicgah nahiyəsinə yerləşdirilimiş elektrolatlarla xüsusi tənzimlənmiş elektrik cərəyanı verərək süni qıcolma yaradılır.Bu zaman beyindəki transmitterlerdə müəyyən dəyişiklik olur.

Pasientlərin xəstəxanaya yerləşdirməsi hansı hallarda olur ?


Şizofreniyalı xəstələrin böyük əksriyyəti evlərində ambulator bir şəkildə uğurla müalicə olunur.Bəzi hallarda xəstəlik əlamətlərinin şiddətli olması, xəstənin insanlara və özünə qarşı aqressiv rəftarı, dərman içməkdən qəti bir şəkildə imtinası onların xəstəxanalarda yatması üçün tibbi göstərişdir.


Copyright © 2017 Sinir.az Bütün hüquqlar qorunur. Site by «OKmedia»